30 kilo narkotikaya 43,6 il cəza
8 İyun 2012 19:24 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan - Manaf Baxşıyev, Arzuman Qənbərov, Sübhan Həndəmov, Valeh Zülfüqarov, Etibar Həziyevin məhkəməsi başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Manaf Baxşıyev 11 il, Arzuman Qənbərov 10 il 6 ay, Sübhan Həndəmov 10 il 6 ay, Valeh Zülfüqarov 10 il, Etibar Həziyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulublar. Onlardan 30 kiloqram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.