Universitetdə əməliyyat – Rektorun bacısı oğlu həbs olundu
16 Aprel 2013 11:00 KriminalBaş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi dünən Lənkəran Dövlət Universitetində əməliyyat keçirib.Lənkəran sakinlərinin "Qafqazinfo"ya verdiyi məlumata görə, LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi Qorxmaz Ağayev həbs olunub.Sakinlər bildiriblər ki, Qorxmaz Ağayev hazırkı rektor Asəf Isgəndərovun köməkçisi olmaqla yanaşı, həm də bacısı oğludur. Mediada tez-tez gündəmə gələn rektorun hətta bu yaxınlarda həbs olunacağı barəsində də məlumat yayılmışdı.Qeyd edək ki, dünən gecə saatlarında LDU-da baş verən əməliyyatla bağlı rəsmi məlumat verilməyib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31