Baş Prokurorluq “CredAgro”nun sahibini həbs etdirə bilmədi

Şəki Apellyasiya Məhkəməsində mənimsəmə və israf etməkdə ittiham olunan "CredAgro"nun Zaqatala rayon filialının sabiq direktoru Şahid Əyyubovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apellyasiya protesti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şahid Əyyubovun cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun şikayəti təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, Şahid Əyyubovun ittiham olunduğu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi üzrə ittihamları sübuta yetirilməyib. Məhkəmə ona ittihamlar üzrə bəraət hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxıb. Ittihama görə, "CredAgro"nun Zaqatala filialının sabiq direktoru Şahid Əyyubov Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2010-cu ilin avqustunda saxlanılıb. Onun filial rəhbəri olduğu dövrdə qeyri-qanuni olaraq təşkilatın külli miqdarda pulunu mənimsədiyi məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31