Polis 1 milyon dollarlıq əsginazı ələ keçirdi
Saxta əsginazı müsadirə edən polis şübhəli şəxsi dindirdikdən sonra azadlığa buraxıb
16 Aprel 2013 10:20 KriminalTürkiyədə polis keçirdiyi əməliyyatla ABŞ-da məhdud sayda hazırlanan, böyük şirkətlərin banklararası ticarət zamanı istifadə etdiyi 1 milyon dollarlıq əsginazı ələ keçirib. Yerli mətbuatın yaydığı xəbərə görə, Muğla vilayəti Milas rayonu polis bölməsinə saxta 1 milyon dollarlıq əsginaz olması barədə məlumat daxil olub. Dərhal əməliyyata başlayan polis İzmir - Milas magistral yolunda şübhəli şəxə aid avtomobili dayandırıb. Şübhəlinin avtomobilində və evində axtarış aparan polislər əsginazı ələ keçirib. Saxlanılan F.Ç. polisə verdiyi ifadədə əsginazı 3 000 lirəyə (1 312 manat) aldığını bildirib. Saxta əsginazı müsadirə edən polis şübhəli F.Ç.-ni dindirdikdən sonra azadlığa buraxıb. Faktla bağlı araşdırmalar davam edir.