Azərbaycan çempionunun oğru dəstəsinin cəzası azaldılmadı

Bakı Apellyasiya Məhkəməsində mağazalardan oğurluq etməkdə ittiham olunan Emin Əzimov, Saleh Qəribov, Orxan Nağıyev, Pünhan Məmmədovun apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər Bakının Binəqədi rayon Polis İdarəsi və 6-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulublar. Onların Binəqədi rayonunda bir neçə mağazadan oğurluq etmələri müəyyən edilib. Onu da əlavə edək ki, 21 yaşlı Emin Əzimov Azərbaycan çempionatının gümüş medalçısı olub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31