Bakıda avtomobil ustasının meyidi sexdə tapıldı

Bakıda avtomobil ustasının meyidi tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 14-də saat 11.00 radələrində  baş verilib. Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki avtomobillərin təmiri sexində İmişli rayon sakini Fariz Quliyevə məxsus "VAZ-2107" markalı avtomaşında, həmin sexdə rəngsaz işləyən Salyan rayon sakini Mübariz Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31