Qazaxda kütləvi zəhərlənmə, bir ailənin 5 üzvü xəstəxanalıq oldu

Qazax rayonunda kütləvi zəhərlənmə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 13-də Qazax rayonunun Kəmərli kəndində baş verib. Kənd sakini Ruslan Cəfərovun evindən qızları Aytac, Gülsüm, Aytən, oğlu Yusif və qohumu, Gürcüstan vətəndaşı Vüqar Şahverdov qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Məlumata görə, ailə üzvləri kolbasadan zəhərlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31