Türkiyədə şagirdlər qəzaya düşdü: 28 yaralı
Qəza şagirdlər tarixi ekskursiyadan qayıdan zaman baş verib
23 Aprel 2012 14:00 KriminalTürkiyədə 23 aprel Milli Uşaq Bayramı tədbirləri çərçivəsində Çanaqqaladan tarixi ekskursiyadan qayıdan şagirdlər yol qəzasına düşüb. Biləcik şəhərində baş verən qəza nəticəsində mikroavtobusda olan 28 nəfər xəsarət alıb. Mikroavtobusun çevrilərək aşdığı bildirilir.Qəza nəticəsində xəsarət alanların əksəriyyətinin yeniyetmə şagirdlər təşkil edir. Yaralılar arasında İndoneziya, Hindistan və Tayvandan olan şagird və müəllimlər də var.
Qəza ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31