Bakıda ətir oğurluğundan narkotika cinayətinədək olan kriminallar
15 Aprel 2013 13:26 KriminalBakı şəhərində bir neçə cinayət törədilib.Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, aprelin 11-də Sabunçu qəsəbəsi Bünyadov küçəsində yaşayan Elmira Əvəbəvəzinin evindən açarseçmə yolu ilə 500 manat və qızıl-zinət əşyaları oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elsevər Şükürov aprelin 14-də yaxalanıb. Aprelin 13-nə keçən gecə Rəhim Əsədova məxsus "QAZ-31029" markalı avtomobil Ə.Rəcəbli küçəsindən qaçırılıb. Nərimanov RPİ 18-ci polis bölməsi əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini Murad Həsənovu qandallayıblar.
BŞBPİ-nin narkotiklərlə mübarizə idarəsi, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Roman Məmmədovdan 6 qramdan artıq, ona narkotik vasitəni satan Elman Abbasovun Mirzəyev küçəsindəki evindən isə 480 qramdan artıq marixuana aşkar edilib.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Məhəmməd Mehdiyev aprelin 13-də yaxalanıb.
Araşdırmalar zamanı məlum olub ki, o, ötən il noyabrın 23-nə keçən gecə A.Məhərrəmov küçəsində Rüfət İsayevə məxsus "Nissan" markalı avtomobildən ətir, Salman Hacıyevin idarə etdiyi "Mercedes" markalı avtomobildən isə şüşəni sındırma yolu ilə 1700 manat və saat oğurlayıb.
Bundan başqa, bu il yanvarın 29-da H.Seyidzadə küçəsində Bəhruz Astanova məxsus "Toyota" markalı avtomobildən noutbuk və sənədləri qanunsuz olaraq götürüb.
Səbail RPİ əməkdaşları Pakistan vətəndaşı Mehmood Amcadı qeydiyyatsız yaşadığı üçün onun barəsində İXM-nin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.