Bakı-Qazax yolunda sərnişin dolu avtobus aşdı, yaralılar var
15 Aprel 2013 12:27 KriminalBakı-Qazax yolunda sərnişin avtobusu aşıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə hadisə Qazax rayonunda baş verib. Bakı-Qazax yolunun 477-ci km-də "Mercedes" markalı avtobus yolun kənarına aşıb. Nəticədə, sürücü və 2 sərnişin xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:25-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31