Azərbaycanlı əsgərlər yandılar

Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə baş vermiş partlayış nəticəsində iki hərbçimiz xəsarət alıb

Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hərbi hissənin qazanxanasında partlayış olub.Hadisə nəticəsində iki əsgər - Binəqədi Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Musazadə Natiq və Ağsu hərbi komissarlığından hərbi xidmətə çağırılan Bayramov Xaliq Rafiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.Natiq Musazadə 3-cü, Xaliq Bayramov isə 2-ci dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31