Azərbaycanda baş verən yol qəzasında ata və oğul ölüb
Ağstafada ağır yol nəqliyyat qəzası baş verib
15 Aprel 2013 11:14 KriminalAğstafa Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 449-cu kilometrliyində, Ağstafa rayonu ərazisində baş verib.Ağstafa şəhər sakini, 1963-cü il təvəllüdlü Cabbar Səfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb.Qəza nəticəsində C. Cəfərov və onun oğlu Elmar Cəfərov hadisə yerində dünyasını dəyişib. Hadisəyə ötmə əməliyyatının düzgün həyata keçirilməməsinin səbəb olduğu bildirilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31