Şamaxıda yaşayış evində partlayış olub, qəzet müxbiri ağır yanıq xəsarətləri alıb
15 Aprel 2013 10:57 KriminalŞamaxı şəhərində mənzildə qaz partlayışı baş verib, ev sahibi ağır yanıq xəsarətləri alıb.APA-nın məlumatına görə, hadisə şəhərin Niyazi Nəcəfov küçəsindəki 40 saylı mənzildə qeydə alınıb.Ev sahibi, 1961-ci il təvəllüdlü Ələkbərzadə Çingiz Həmzə oğlu evin qızdırılması üçün quraşdırılan kombini işə salarkən onun içərisinə dolan qazdan xəbərsiz olub və qəflətən baş verən partlayış zamanı mənzilin bir otağı tamamilə dağılıb, digər otaqlara da ziyan dəyib.Hadisə nəticəsində "Ədalət" qəzetinin bölgə müxbiri olan Çingiz Ələkbərzadə müxtəlif yanıq xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Bədəninin müxtəlif nahiyələrindən II və III dərəcəli yanıq diaqnozu qoyulan Çingiz Ələkbərzadənin vəziyyəti sonradan daha da ağırlaşdığı üçün o, təcili olaraq Bakı şəhərinə aparılıb.