Siyəzəndə 15 yaşlı qız dəm qazından zəhərləndi

Trend Regional TV-yə istinadən xəbər verir ki, Siyəzən rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 1998-ci il təvəllüdlü rayonun Gilgilçay qəsəbə sakini Həsənova Aydan İnqilab qızı hamamda çimərkən dəm qazından zəhərlənib.O, Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, Aydan Həsənovanın vəziyyəti orta-stabildir.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31