Yeniyetmələri daşıyan avtobus qəzaya uğradı: 5 ölü
Belçikada Rusiyadan olduqları təxmin edilən uşaqlarla dolu avtobus qəzaya düşüb
14 Aprel 2013 19:59 KriminalBelçikada qəzaya uğrayan avtobusun bütün sərnişinləri Rusiya vətəndaşlarıdır. Milli.Az bildirir ki, bu barədə RİA Novosti-yə Rusiyanın Belçikadakı səfirliyinin press-attaşesi Georgi Kuznetsov məlumat verib."Bütün sərnişinlər Rusiyadandırlır", - Kuznetsov deyib. Onun sözlərinə görə, qəzada 3 Rusiya, 2 Polşa vətəndaşı həlak olub. 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb.Press-attaşe həmçinin bildirib ki, hazırda Belçikaya FHN-in 2 təyyarəsinin göndərilməsi barədə danışıqlar aparılır. Bunlar vətənə xəsarət almamış və yüngül yaralı sərnişinləri gətirməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31