Azərbaycanda avtobus aşdı: xəsarət alanlar var
Hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 477-ci km-də baş verib
14 Aprel 2013 11:20 KriminalBu gün səhər saatlarında Qazax rayonunda, Bakı-Qazax yolunun 477-ci km-də "Mercedes" markalı avtobus yolun kənarına aşıb.ANS PRESS-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, sürücü və 2 nəfər sərnişin xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat saat 06:25-də xilasedicilər tərəfindən başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31