Azərbaycanda ölümlə nəticələnən ağır yol qəzası baş verib
Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır
14 Aprel 2013 10:34 KriminalZaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, ölümlə nəticələn ağır yol qəzası Zaqatala-Muxax yolunda qeydə alınıb. 1990-cı il təvəllüdlü, Zaqatala rayonu Aşağı Tala kənd sakini Aslanov Mehralı Əmrah oğlu idarə etdiyi VAZ-2109 markalı, 90 BD 671 nişan nömrəli avtomobillə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən, avtomobilin hərəkət istiqamətini itirərək yolun kənarındakı qoz ağacına çırpıb.Baş vermiş qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Mehralı Aslanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.