Ermənilər atəşkəsi pozub: gizirimiz ağır yaralanıb
14 Aprel 2013 00:24 KriminalBu gün axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində ordumuzun giziri ağır yaralanıb.APA-nın Qarabağ bürosunun məlumatına görə, erməni tərəfi iri çaplı pulemyotlardan açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır.Məlumata görə,hazırda yaralının helikopterlə paytaxta aparıldığı bildirilir.Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31