Rəhim Qazıyev prokurorluğa çağırıldı

Bu barədə sabiq nazir özü məlumat verib

Sabiq müdafiə naziri Rəhim Qazıyev bu gün saat 13.00-da Bakı şəhər prokurorluğa çağırılıb. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə "azadlıq.info"ya sabiq nazir özü məlumat verib.  Xatırladaq ki, bir neçə gün əvvəl R.Qazıyev Səbail rayon polis idarəsinə çağırılmışdı. Qazıyevin idarəyə çağırılmasına səbəb bir il əvvəl Təhmasib Novruzovla debat zamanı yaranmış insident olmuşdu. Sabiq nazirin prokurorluğa da eyni səbəbdən çağırıldığı güman edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31