Lənkəran polis şöbəsində intihara cəhd
12 Aprel 2013 16:24 KriminalAzərbaycanda polis şöbəsində intihara cəhd hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 11-də saat 12.00 radələrində Lənkəran şəhər Polis Şöbəsində baş verib. Şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atıb. Xəsarət almış C.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31