Xırdalanda qumarxana aşkarlandı
12 Aprel 2013 16:23 KriminalXırdalanda kafedə qumarxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərinin ərazisində şəhər sakini Məhərrəm Aliyarovun icarəyə götürdüyü "Stara Praqa" kafesində kazino-qumarxana təşkil etməsi müəyyən edilib. Kafeyə baxış zamanı kazino təşkili üçün 11 ədəd kompyuter dəsti, 1 ədəd server-prosessor, 1 ədəd modem, uduşa qoyulmuş pul və digər əşyalar aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31