Bakıda silahlı insident, yaralanan var

Bakıda silahlı insident hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına isticnadən yaydığı məlumata görə, hadisə aprelin 11-də Binəqədi rayonu ərazisində baş verib. Bakı şəhər sakini Elçin Həşimov münaqişə zəminində "Vinçester" markalı tüfəngdən atəş açaraq həmyerlisi Fuad Niyazova ayaq nahiyələrindən xəsarət yetirib. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Həşimov tutulub və ondan 1 ədəd "Vinçester" markalı tüfəng götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31