Bakı Dəmir Yolu Vağzalında avtomat tutuldu

Bakı Dəmir Yolu Vağzalında silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Bakı Dəmir Yolu Vağzalının ərazisindəki məişət tullantıları qutusundan 1 ədəd "AKM" markalı silah və 769 ədəd müxtəlif çaplı patron tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31