Hacıqabulda dəhşət, “KAMAZ” “Mercedes”i tapdadı, ölən və yaralananlar var
11 Aprel 2013 17:51 KriminalHacıqabulda dəhşətli yol qəzası baş verib. "OLAYLAR"ın məlumatına görə, hadisə aprelin 10-da saat 12.00 radələrində Hacıqabul rayonu ərazisində baş verib. Bakı şəhər sakini Zaur Süleymanovun idarə etdiyi "Mercedes" markalı və Daşkəsən rayon sakini Süleyman Süleymanovun idarə etdiyi "KamAZ-55111" markalı avtomaşınlar toqquşub. Nəticədə Z.Süleymanovun xəsarət almış sərnişinləri - Bakı şəhər sakinləri Şəhla Məmmədova və Emin Rzayev xəstəxanaya yerləşdirilib, Ş.Məmmədova orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31