DİN Bakıdakı partlayış barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıdakı partlayışla bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 10-da Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Zahid Zeynalov qarajında kustar üsulla hazırlanmış partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətdən ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31