Bakıda vətəndaşları soyan quldur dəstə ifşa olundu
11 Aprel 2013 17:39 KriminalBakıda vətəndaşlara qarşı quldurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 9-da paytaxtın Nizami rayonu ərazisində baş verib. 2 naməlum şəxs Bakı şəhər sakini Bəyaz Ələkbərlini döyüb və bıçaqla hədələyərək mobil telefonunu ondan alıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Elşad Axundov və Qabil Əliyev tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31