Uşaq bağçasında faciə, azyaşlı boğulub öldü

Goranboyda uşaq bağçasında ölüm hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 10-da Goranboy rayonunun  Tap kəndi ərazisində baş verib. Tapqaraqoyunlu kənd sakini, azyaşlı Nuranə Cümşüdova Tap kəndinin ərazisindəki 2 saylı Uşaq bağçasının həyətindəki su arxına düşərək boğulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31