Bakıda partlayış: ölən var

Bakı şəhərinin Sabunçu rayonu ərazisində partlayış hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsi, Ş.Axundov küçəsi, dalan 1, ev 15-in həyətindəki emalatxanada partlayış olub. Nəticədə həmin emalatxanada işləyən 1962-ci il təvəllüdlü Zeynalov Nahid Əminağa oğlu ağır bədən xəsarətləri alıb. 51 yaşlı kişi hadisə yerindəcə keçinib. 
Hadisə ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31