Bakıda 3 mərmi, 25 qumbara aşkarlandı

Bakının  mərkəzində təhlükəli ərazi aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin  mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçirərkən müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd 100 millimetrlik top mərmisi (döyüş başlıqsız), 1 ədəd 122 millimetrlik top mərmisi (döyüş başlıqlı), 1 ədəd 82 millimetrlik minaatan mərmisi (döyüş başlıqlı) və 25 ədəd istifadəyə yararsız PQ 7 atımlarının hissələridir. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 21:50-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31