Gəncədə məktəbli itkin düşdü: ilginc iddialar var
15 yaşlı məktəblinin anası internet fırıldaqçılarından şübhələnir
11 Aprel 2013 06:03 KriminalGəncədə məktəbli itkin düşüb. Şəhərdəki 39 saylı orta məktəbin şagirdi olan Anar Piriyevdən 3 gündür ailəsi xəbər tuta bilmir. 15 yaşlı Anar məktəbə getmək adı ilə evdən çıxıb və bir daha qayıtmayıb. Ailə üzvləri onun dostları və sinif yoldaşları ilə əlaqə saxlasa da məktəblinin onlar məktəblinin harada olması barəsində məlumatlı olmadıqlarını deyiblər. Anar Piriyevin anası Təranə Hüseynova ANS TV-yə açıqlamasında oğlunun internet fırıldaqçıları tərəfindən aldadılmasını ehtimal etdiyini deyib. Ananın sözlərinə görə Anar son vaxtlar internetdə yazışmalara çox vaxt ayırıb.Faktla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsində axtarış tədbirləri həyata keçirilir. Anar Piriyev haqqında məlumatı olanlar Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edə bilərlər.