Bakıda çayxanada kütləvi dava: bıçaq gəncin kor bağırsağına sancıldı

Bakının Suraxanı rayonu ərazisində kütləvi dava olub.Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dava iştirakçıları əsasən gənclər olublar. Qanlı hadisə Qaraçuxur qəsəbəsindəki çayxanalarından birində olub. Dava zamanı 18 yaşlı Tərlan Paşayev ağır bıçaq xəsarəti alıb. Onun həmyaşıdı olan Elməddin Bayramov tərəfindən bıçaqlandığı müəyyən edilib.
Saxlanılan E.Bayramov ilkin dindirmə zamanı deyib ki, Tərlanla bir neçə gün əvvəl parkda mübahisəsi olub. Dünən isə onunla yenidən "razborka" edib. Söhbətə isə bir neçə nəfər qoşulub və kütləvi dava baş verib.
Onu da əlavə edək ki, bıçaq T.Paşayevin kor bağırsağını zədələyib. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31