İmişlidə rəzalət, polislərin fahişəxana saxlaması barədə sujet yayıldı VIDEO

İmişli polisinin adıçəkilən rayonda fahişəxanalara himayədarlıq etməsi barədə məlumatlar yayılıb. "OLAYLAR"ın məlumatına görə, faktla bağlı saytlarda videokadr da yayılıb. Məlumata görə, kadrlar İmişli-Biləsuvar yolunun ustündə  Elman adlı   İmişli  rayon sakininə  məxsus "Elman" kafesində lentə alınıb. Müştəri kimi kafeyə daxil olan şəxs kafedə fahişəliklə məşğul olan qadınla bu barədə söhbət də edir. Fahişəliklə məşğul olan həmin qadın şərti müştəriyə bildirir ki, həmin kafeni İmişli rayon polisləri himayə edir,ona görə də bu kafeyə heç bir polis müdaxilə etmir. Qadın "Elman" kafesinin açıq-aşkar  fahişəxana kimi fəaliyyət göstərdiyini bildirir və burda müştərilərə göstərilən seksual xidmətə "zəmanət" verdiyini bildirir. Videoda  kafenin Elman adlı sahibinin də münasibəti açıqlanır. Gizli çəkilişdən xəbərsiz olan kafe sahibi bildirir ki, İmişli polisi onlara yaxındır və kafe onların himayəsi altında fəaliyyət göstərir. Adının Elman olduğu bildirilən kafe sahibi və orada fahişəliklə məşğul olan qadınlar "polis kimdi, narahat olmayın, bura heç bir polis gələ bilməz"deməkdən belə çəkinmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31