29 kişi 13 yaşlı qıza təcavüz etdi
10 Aprel 2013 16:24 KriminalTürkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda 13 yaşlı Ö.Y. adlı qıza dəfələrlə təcavüz etdiklərinə görə 29 kişi tutulub. Onların arasında zabit də var.
Milli.Az AHT-yə istinadən bildirir ki, hadisə Dumlupınar kəndində baş verib. 13 yaşlı qız məktəbdə rəfiqələri ilə danışanda 29 kişinin onunla cinsi əlaqəyə girdiyini bildirib. Bunu məktəbdə oxuyan yuxarı sinif tələbələri də eşidəndə qızı şantaj edərək, onu zorlayıblar. Ö.Y.-nin anası İzmit şəhərindəki masaj salonlarından birində çalışırdı və ötən il qızını da götürüb Gölcükə köçmüşdü. Məktəbin müəllimləri qızın başına gətirilənləri eşidəndə Ö.Y.-nin anası A. ilə danışıblar. A. da qızını götürərək prokurorluğa yollanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31