Bakıda ev, Qazaxda tövlə yanıb

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 45 kv.m olan ikiotaqlı mənzilin eyvanında 2 kv.m sahədə şkaf yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Qazax rayonu, Qaşqaçay kəndində  vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31