Cəbhədə vəziyyət gərgindir

Mövqelərimiz erməni silahlıları tərəfindən atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31