Cəbhə yenə atəş içində
8 İyun 2012 11:04 KriminalBu gecə Azərbaycan və Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan ərazilərindəki təmas xəttində gərginlik davam edib.
1News.az saytının məlumatına görə, Ermənistan ordusunun hissələri Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini güclü atəşə məruz qoyublar. Təxminən iki saat əvvəl Azərbaycan Ordusu cavab atəşi ilə düşməni susdurmağa nail olub.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda Ermənistan ordusunun qoşunlarımızın nəzarətində olan ərazilərə doğru irəliləməsi barədə məlumatlar yayılır. Lakin bu xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır. Cəbhə xəttindən gələn məlumatlara görə, Azərbaycan ordusu vəziyyətə tam nəzarət edir və təşviş üçün heç bir səbəb yoxdur.qafqainfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31