Baş Prokurorluq məlumat yaydı

Azərbaycan Respublikasının Baş Prokurorluğu aprelin 5-də saat 23:00 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində baş verən hadisə ilə əlaqədar məlumat yayıb. SİA-nın məlumatına görə, sürücü Ülvan Nuriyev idarə etdiyi "Mazda" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Cabir Qaflanovu və onun qızı 2009-cü il təvəllüdlü Ayan Qaflanovanı vurub hadisə yerindən qaçıb, nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət  işi başlanmışdır. Aprarılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ülvan Nuriyev tutularaq istintaqa cəlb olunub. Ü.Nuriyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31