Baş Prokurorluqda şok yaşandı
Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru prokurorluq orqanlarından xaric edilib
7 İyun 2012 22:46 Kriminal Baş Prokurorluğun vəzifəli şəxsi cəzalandırılıb. Baş prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Vüsal Orucov prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, eyni zamanda "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 31 may 2012-ci il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31