Azərbaycanda ev yandı, sahibi yanıb öldü

Azərbaycanda ev sahibi evi ilə birlikdə yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 7-də saat 23.55 radələrində Ağdam rayonunun Dörd Yol-1 qəsəbəsi ərazisində baş verib. Qiyaslı kənd sakini Bəhmən Babayevə məxsus evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən B.Babayev isə aprel ayının 8-də  orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31