Qardaşının qatilini facebookda tapıb öldürdü
9 Aprel 2013 15:10 KriminalOlaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2004-cü ildə İstanbulda öldürülən 24 yaşlı gəncin qatili Hüseynin 2012-ci ildə cəzası bitib və azadlığa çıxıb. Öldürülən gəncin qardaşı Orxan öz qardaşının qatilini facebookda tapıb. Beləki Orxan qız dostu Evrimin facebook profili ilə Hüseynə mesaj yazıb və onunla tanış olmaq istədiyini bildirib. Hüseynlə görüş yerini təyin etdikdən Evrimi Hüseynlə görüşə göndərib. Evrimlə Hüseyn restorandan çıxanda Orxan Hüseynə atəş açıb. 5 güllədən sonra Hüseyn yerə yıxılıb. Yerə yıxıldıqdan sonra Orxan 50 saniyə içərisində Hüseynə 25 bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan Hüseynin həyatını xilas etmək mümkün olmayıb. Hazırda Evrim saxlanılıb. Orxan axtarışdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31