Azərbaycanda bir gündə iki silahlı yaxalandı

Azərbaycanda bir gündə 2 silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Emil Əliyevdən 1 ədəd xaricdə istehsal olunmuş tapança və 4 ədəd patron götürülüb. Həmin gün Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Tala kənd sakini Ramiz Əliyevdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 13         ədəd patron və 1 ədəd bıçaq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31