Binəqədidə gözətçi tikintidə yanıb

Bakıda gözətçi iş yerində yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 8-də Binəqədi qəsəbəsinin ərazisində baş verib. Ərazidə inşa edilən tikintidə gözətçi işləyən Vaqif Əzizov yardımçı otaqda ehtiyatsızlıq nəticəsində elektrik sobasının üstünə düşərək yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31