Mütəşəkkil dəstənin üzvü məhkəmə zalında həbs edildi

Bakı Apelyasiya Məhkəməsində dələduzluqla məşğul olan - Elmir Məmmədli, Ramiz Kərimov, Amid Şükürov və Surxay Abbaslının cinayət işi üzrə məhkəmə başa çatıb.  Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun təqsirləndirilən Surxay Abbaslının həbs edilməsi ilə bağlı apelyasiya protesti təmin edilib. Məhkəmə onun barəsində olan 5 il müddətinə olan şərti cəza hökmünü ləğv edib və barəsində yeni hökm çıxarılıb.
Yeni hökmə əsasən Surxay Abbaslı 7 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Məhkəmə digər təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətlərini təmin etməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir Məmmədli 11 il, Ramiz Kərimov 10 il, Amid Şükürov 8 il müddətinə azadlıqdan məhrum edilib. Surxay Abbaslı 5 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Təqsirləndirilən şəxslər vətəndaşların etimadını qazanaraq, onlara torpaq satmaq adı ilə küllü miqdarda pul mənimsəyiblər. Cinayət işi üzrə 10-dan çox zərərçəkmiş kimi tanınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31