Məhkəmə əsgərə bəraət verdi

Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan ordusunun hərbi qulluqçusu Vüqar Bağırovun apelyasiya şikayəti və onun cəzasının ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun apelyasiya protestinə baxılıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, məhkəmə araşdırması zamanı Vüqar Bağırovun Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə ittiham sübuta yetirilməyib. Məhkəmə həmin maddə üzrə təqsirləndirilən şəxsə bəraət verib.
Məhkəmə həmçinin, Hərbi Prokurorluğun Vüqar Bağırovun həbs edilməsi ilə bağlı apelyasiya protesti üzrə də qərarını açıqlayıb. Həmin qərara görə, Hərbi Prokurorluğun Vüqar Babayevin məhkəmə zalından həbs edilməsi ilə bağlı apelyasiya protesti təmin edilməyib.
Vüqar Babayev Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 3 il müddətinə şərti cəza alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31