Sumqayıtda şirkətdə 35 kiloqram külçə oğurlanıb

Sumqayıtda şirkətdən külli miqdarda külçələr oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də "Altun Tel" MMC-yə məxsus metaləritmə sexindən hər birinin çəkisi 35 kiloqram olan 8 ədəd mis külçələri oğurlamış şəhər sakinləri Mahmud Muradov və İlham Hüseynov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31