Bakıda sanatoriyada qan töküldü
8 Aprel 2013 19:22 KriminalBakıda sanatoriyada bıçaqlaşma olub. Bu barədə Daxili İşlər Nazirliyi məliumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə aprelin 7-də Mərdəkan qəsəbəsindəki "Günəşli" sanatoriyasında baş verib. Orada yaşayan Gürcüstan vətəndaşı Cəlal Naibov münaqişə zəminində qonşusu, Bakı şəhər sakini Rəsul Abdullayevə bıçaqla xəsarət yetirib. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Naibov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31