Azərbaycanda bazar yandı, milyonlarla ziyan dəydi

Gədəbəy rayonunda mərkəzi bazarda dünən səhər saatlarında yanğın olub. 
Qafqazinfo xəbər verir ki, Gədəbəy rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumatda görə, baş verən yanğın nəticəsində bütün bazarın yandığı və bazara milyonlarla ziyan dəydiyi bildirilir. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində bazarın geyim malları satılan ərazisi yanıb. Yanğın 200 kvadratmetr ərazini, 30-a yaxın mağazanı əhatə edib.
Baş vermiş hadisədən dərhal sonra rayon icra hakimiyyətində yerli hüquq-mühafizə orqanlarının iştirakı ilə toplantı keçirilib. Hadisəyə səbəb kimi ilkin olaraq qısaqapanmanın olduğu versiyası irəli sürülüb. Bununla bərabər digər versiyalar da nəzərdən keçirilib.
Toplantıda həmçinin yanğın nəticəsində maddi ziyan dəymiş sahibkarlara kompensasiyanın verilməsi də müzakirə edilib. Lakin hələlik heç bir qərar verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31