Bakıda sərnişin avtobusu yanıb, "OLAYLAR"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. "Otoyol" markalı sərnişin avtobusunun mühərrik və salon hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31