Lökbatanda mayak yaxınlığında dəhşətli qəza

Minik maşını yol təmizləyən yük maşınına çırpılıb

Lökbatan qəsəbəsində mayakın yaxınlığında bu gün saat 10:43 radələrində "Tofaş" markalı maşın yol təmizləyən "KamAz" markalı maşına çırpılıb. Hadisə yerində olan şahidlərin ANS PRESS-ə bildirdiklərinə görə, qəza nəticəsində "Tofaş" markalı maşında olan 1 sərnişin dünyasını dəyişib.
Həmin maşında olan digər iki sərnişinin də xəsarət aldığı bildirilir. "KamAz" markalı maşında isə xəsarət alan yoxdur.
Verilən məlumatda xəsarət alanların Qobustan sakinləri olduğu bildirilir.
Hadisə ilə bağlı Qaradağ RPİ-nin Lökbatan qəsəbəsi üzrə Polis Bölməsi ilə əlaqə saxlamağa çalışsaq da, onlar "məlumat bürosu" olmadıqlarını deyərək bu məlumatı verməkdən imtina etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31