DİN Ağdaşda polisin özünü öldürməsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Ağdaşda polis nəfərinin özünü güllələyib öldürməsilə bağlı məlumat yayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatada deyilir ki, aprelin 4-də Ağdaş rayonunun Kotanarx kəndi ərazisində "Türyançay" çayının sahilində, Ağdaş RPŞ-nin məzuniyyətdə olan əməkdaşı, polis serjantı Zöhrab Cavadov atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31